ABŞ-da yeni edam üsulu tətbiq edilib – Alabama ştatında məhbus azotdan istifadə edilərək öldürülübbackend

ABŞ-da yeni edam üsulu tətbiq edilib – Alabama ştatında məhbus azotdan istifadə edilərək öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Alabama ştatında ölkə tarixində ilk dəfə məhbus azotdan istifadə edilərək edam edilib. Səlahiyyətlilər hesab edir ki, bu üsul digər edam üsullarından daha humanistdir. Hüquq müdafiəçiləri isə bunu “qəddar və eksperimental” adlandırıblar.

Editor.az “Associated Press”ə (AP) istinadən məlumat verir ki, 58 yaşlı Kennet Eugene Smith yanvarın 25-də saat 20:25-də Alabama həbsxanasında dünyasını dəyişib. O, məhbusda oksigen aclığına səbəb olmaq üçün təmiz azotun verildiyi maska ilə təchiz edilmişdi.

Agentlik aydınlaşdırır ki, edam 22 dəqiqə davam edib. AP yazır ki, bu, 1982-ci ildən bu yana ilk dəfədir ki, ölkədə ölümcül iynələr deyilən üsuldan istifadə edilir. Alabama qubernatoru Kay İvey deyib ki, edam 1988-ci ildə Kennet Eugene Smith tərəfindən muzdlu qətlə görə verilən cəzadır.

Ştatın baş prokuroru Stiv Marşall azotla edamın “effektiv və humanist üsul” olduğunu sübuta yetirib. Edamdan əvvəl Kennet Eugene Smith-in vəkilləri iddia edirdilər ki, dövlət məhbusu Konstitusiyanın qəddar cəza ilə bağlı qadağanını pozan eksperiment üçün sınaq subyekti edib.

ABŞ Ali Məhkəməsinin hakimi Sonia Sotomayor seçilmiş həbs-qətimkan tədbiri ilə razılaşmadığını bildirib və belə bir metodun “insanları konstitusiyaya zidd ağrı riskinə məruz qoyduğunu” bildirib.

//Samir Qurbanov, Editor.az