ABŞ-da San Antonio şəhərində immiqrant olduğu düşünülən 42 nəfər tərk edilmiş yük maşınında ölü tapılıb. Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, yük maşınında sağ olan 16 nəfər isə yaxın ətrafdakı xəstəxanalara çatdırılıb. Yük maşınında olanların qeyri-qanuni yollarla ABŞ-a keçməyə çalışdıqları təxmin edilir.
San Antonio Polis İdarəsinin yük maşının sürücüsünün axtarıldığı bildirilib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
//Nəzərbəy Hacıağayev, Editor.az

