ABŞ-da yüksək inflyasiyanın 2023-cü ilə qədər davam edəcəyi gözlənilirbackend

ABŞ-da yüksək inflyasiyanın 2023-cü ilə qədər davam edəcəyi gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin büdcə ofisi (CBO) ölkədə inflyasiyanın bu il 6,1 faizə çatdıqdan sonra 2023-cü ildə 3,1 faiz, 2024-cü ildə isə 2,4 faizə düşəcəyini proqnozlaşdırıb.

Editor.az xəbər verir ki, CBO bu barədə 2022-2032-ci illər üçün proqnozlarını özündə əks etdirən “Büdcə və İqtisadi Görünüm” hesabatında məlumat verib.

Hesabatda 2022-ci ildə mal, xidmət və əmək bazarlarında güclü tələbə qarşı təklifin məhdud olması səbəbindən inflyasiyanın yüksək səviyyədə qalacağının gözlənildiyi bildirilib. Təklifin azaldılması, enerji qiymətlərinin düşməsi və daha az dəstəkləyici pul siyasətinin işə düşməsi ilə inflyasiyanın azalacağına diqqət çəkilərək, inflyasiyanın 2021-ci ilin ortalarından bu yana son 40 ilin ən yüksək səviyyəsinə çatdığı ifadə edilir. ABŞ iqtisadiyyatının bu il yüzdə 3,1 böyüməsinin gözlənildiyini diqqətə çəkən hesabatda ölkə iqtisadiyyatının gələcək il üçün artım proqnozu yüzdə 2,2, 2024-cü il üçün isə artım gözləntisi yüzdə 1,5 olaraq təyin edilib.

Hesabatda 2022-ci ildən sonra iqtisadi artımın yavaşlayacağı və inflyasiya təzyiqlərinin azalacağı bildirilib.

//Gülnarə Abasova, Editor.az