ABŞ-da zəlzələ zonasına yardım toplanıbbackend

ABŞ-da zəlzələ zonasına yardım toplanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Vaşinqtondakı səfirliyinin koordinasiyası ilə toplanan və Türk Hava Yollarının logistika xidməti tərəfindən çatdırılacaq yardıma San Fransisko və Silikon Vadisi qeyri-hökumət təşkilatları da dəstək verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ-ın San-Fransisko və körfəzindəki qeyri-hökumət təşkilatlarından və zəlzələ qurbanlarına kömək əlini uzatmaq istəyən könüllülərdən alınan yardım materialları Silikon Vadisi Dini Mərkəzi, Amerika Zəkat Fondu və Hidaye Fondunun anbarlarında toplanaraq Türkiyənin fəlakət bölgələrinə göndərilmək üçün hazırlanıb.

Suriya əsilli Basil Haşim bu təşkilatlar vasitəsilə Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə yardım göndərə bildiyi üçün xoşbəxt olduğunu dilə gətirib. “Eşitdiyimiz zaman çox kədərləndik, kömək etməyə çalışırıq. Ümid edirəm ki, tezliklə bunun öhdəsindən gələcəklər”.

//Safura Bənnayeva, Editor.az