ABŞ-dan 13 ildə Suriyaya ilk rəsmi səfər: Tom Barak Dəməşqdə diplomatik təmaslara başladıbackend

ABŞ-dan 13 ildə Suriyaya ilk rəsmi səfər: Tom Barak Dəməşqdə diplomatik təmaslara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ankaradakı səfiri Tom Barak prezident Trampın təyin etdiyi Suriya üzrə xüsusi nümayəndə kimi Dəməşqə rəsmi səfər edib. Bu səfər ABŞ-ın 2012-ci ildən bəri Suriya ilə etdiyi ilk yüksək səviyyəli diplomatik təmas olub.

Editor.az xəbər verir ki, ABŞ 13 illik diplomatik sükutu pozaraq Suriyaya yüksək səviyyəli nümayəndəsini göndərib.

ABŞ-ın Ankaradakı səfiri Tom Barak prezident Donald Trampın ona həvalə etdiyi “Suriya xüsusi nümayəndəsi” kimi Dəməşqdə rəsmi təmaslara başlayıb.

Barakın ABŞ-ın Dəməşqdəki səfirliyinə səfəri onun 2012-ci ildə diplomatik münasibətlərin dayandırılmasından sonra ABŞ-a ilk rəsmi səfəri kimi qeydə alınıb. Bu inkişaf Yaxın Şərqdə geosiyasi tarazlığın əhəmiyyətli dərəcədə dəyişməsindən xəbər verir.

//Gülnarə Abasova, Editor.az