backend

ABŞ-dan Azərbaycana təcili zəng – Köməksiz qalan turistlər axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün 06:48 rədələrində Amerika Birləşmiş Ştatlarının 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara Nissan Patrol avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Qurumdan Editor.az-a verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin 112 zəng mərkəzinə ötürülüb.
Hal hazırda mümkün vasitələrlə axtarış – xilasetmə əməliyyatları həyata keçirilməkdədir.