ABŞ-dan ciddi “TikTok” açıqlaması: “Milli təhlükəsizliyə təhdid yaradır”backend

ABŞ-dan ciddi “TikTok” açıqlaması: “Milli təhlükəsizliyə təhdid yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Federal Təhqiqatlar Bürosu(FTB) Çin hökumətinin əlində olan “TikTok” tətbiqinin ABŞ üçün milli təhlükəsizlik təhdidi olduğunu bildirib. FTB direktoru Chris Wray, Çin hökumətinin bu sosial platformadakı məzmuna müdaxilə etdiyini bildirib.

Editoraz xəbər verir ki, Wray, Michigan Universitetində iştirak etdiyi paneldə Çin hökumətinin “TikTok”dakı məzmunu manipulyasiya etdiyini deyib.

FTB direktoru Çinin “TikTok”-da topladığı məlumatları casusluq üçün istifadə edə biləcəyinə işarə edib: “Bütün məlumatlar bizimlə ortaq dəyərləri paylaşmayan bir hökumətin əlindədir. Bu hökumət Birləşmiş Ştatların maraqlarına xidmət etmir. Bu, narahatlıq doğurmalıdır”.

FTB TikTok-da toplanan məlumatların Çin hökuməti tərəfindən “pis niyyətlə” istifadə oluna biləcəyini əvvəllər dəfələrlə bildirib.

Buna cavab olaraq “TikTok” Əməliyyatlar rəhbəri Vanessa Pappas sentyabr ayında ABŞ Senatında keçirilən iclasda Çin hökumətinin tətbiqin məlumatlarına çıxışı olmadığını bildirib.

//Samir Qurbanov, Editor.az