ABŞ-dan Çinə növbəti xəbərdarlıq: Cavab verməli olacaqsınızbackend

ABŞ-dan Çinə növbəti xəbərdarlıq: Cavab verməli olacaqsınız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Rusiyaya yardımı “faciəli nəticələrə” səbəb olacaq və Pekinin siyasəti ilə bağlı digər ölkələrdə suallar yaradacaq.

Editor.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib. Onun sözlərinə görə, “ÇXR-in Ukraynada istifadəsi üçün Rusiyaya hər hansı ölümcül silah yardımının göstərilməsi, ilk növbədə, Ukrayna xalqı üçün dəhşətli və faciəli nəticələrə gətirən bir addım olacaq.

Prays qeyd edib ki, bu, həm də “dünya ölkələrinə Çinin bu müharibədə tərəf tutmadığına dair iddialarının yalan olduğuna dair çox aydın siqnal sayılacaq.

Çinlilər bunun səbəbləri barədə ortaya çıxan cavab verməli olacaqlar. ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, artıq bir çox ölkələr ÇXR-in Rusiyanı dəstəkləməsi, ona iqtisadi, diplomatik, siyasi yardımlar göstərməsi barədə belə suallar verməyə başlayıblar: “Bunların hamısı bu qəddar, təcavüzkar müharibədə, bu qəddar ərazi işğalı şəraitində bitərəf olduğunu iddia edən bir ölkənin cavab verməli olduğu suallardır”, – ABŞ administrasiyasının rəsmisi bildirib.

  //Samir Qurbanov, Editor.az