ABŞ-dan İran prezidentini daşıyan helikopterin qəzaya uğramasına ilk reaksiyabackend

ABŞ-dan İran prezidentini daşıyan helikopterin qəzaya uğramasına ilk reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatında Demokratik çoxluğun lideri Çak Şumer İran prezidentini daşıyan helikopterin qəzaya uğramasının səbəbinin qəza olduğunu bildirib.

Şumer deyib ki, əlverişsiz hava şəraiti və hadisənin baş verdiyi İranın şimal-qərbində duman, ehtimal ki, qəzanın əsas səbəbidir. Vaşinqton nümayəndəsinin sözlərinə görə, təxribat əlaməti yoxdur: “Görünür, bu hadisə sadəcə bir qəza idi, lakin daha detallı araşdırma hələ də davam edir”, – Çak Şumer deyib.

O, Vaşinqtonun vəziyyəti diqqətlə izlədiyini də vurğulayıb.

//Samir Qurbanov, Editor.az