ABŞ-da Kaliforniya ştatının Los Anceles Şerif Departamenti İranın nüvə obyektlərinin “faciəli” bombalanması ilə bağlı sosial şəbəkədə başsağlığı verib.
Publika.az xəbər verir ki, bu barədə məlumat yayan “Fox News” bildirib ki, daha sonra bu açıqlama sosial mediadan silinib.
“X” sosial şəbəkəsində dərc olunan bəyanatda Amerikanın İranda törətdiyi partlayışlar nəticəsində həlak olanların və zərərçəkənlərin ailələrinə başsağlığı verilib. Əvvəlcə departament nəşri redaktə edərək, ABŞ-ın zərbələri ilə bağlı qeydi silib. Daha sonra post tamamilə platformadan çıxarılıb.
Qalmaqala münasibət bildirən departament sözçüsü başsağlığı mesajından xəbərsiz olduğunu bildirib.