ABŞ-dan Kiyevə vacib səfərbackend

ABŞ-dan Kiyevə vacib səfər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevə səfər edib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Oleksiy Arestoviç məlumat verib. Vaşinqton da səfəri təsdiqləyib.

Zelenski görüşdə Ukraynanın silah tələbinin onların gündəmində olduğunu bildirib.

“ABŞ-ın Kiyevə 300 milyon dollar hərbi maliyyə dəstəyi verəcəyi və 165 milyon dollarlıq silah-sursat satacağı gözlənilir”,- Ukrayna Prezidenti deyib.

Qeyd edək ki, bu,  Rusiyanın Donbassdakı hərbi əməliyyatlarından sonra ABŞ-ın Kiyevə ən yüksək səviyyəli səfəridir

//Gülnarə Abasova, Editor.az