ABŞ-dan Putinə mesaj: Müharibə istəyirsənsə, Ukraynanı silahlandıracağıq – NATO-dakı daimi nümayəndəbackend

ABŞ-dan Putinə mesaj: Müharibə istəyirsənsə, Ukraynanı silahlandıracağıq – NATO-dakı daimi nümayəndə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya hərbi yardım üçün qarşılıqsız maliyyələşdirməni dayandırır, lakin silah tədarükünə prioritet verməyə davam edəcək.

Bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Fox News” telekanalına açıqlamasında bildirib.

> “Düşünürəm ki, ilk növbədə başa düşmək vacibdir: ABŞ-ın Ukraynanın müdafiəsinə məhdudiyyətsiz şəkildə vergi pulları ayırdığı dövr başa çatıb. Prezident Tramp çox məntiqli qərar qəbul edərək NATO ilə razılaşma imzalayıb. Bu razılaşmaya əsasən, silahların maliyyəsini Avropa və Kanada qarşılayacaq, istehsalını isə ABŞ həyata keçirəcək”, – deyə Uitaker bildirib.

Onun sözlərinə görə, ABŞ dünyanın ən yaxşı silah sistemlərini istehsal edir və bu silahların tədarükündə Ukraynaya üstünlük veriləcək:

> “Biz dünyanın ən müasir silah sistemlərini istehsal edirik və hamı onlara sahib olmaq istəyir. Biz isə bu silahların tədarükündə Ukraynaya prioritet verəcəyik”, – deyə ABŞ nümayəndəsi əlavə edib.

Beləliklə, Vaşinqtondan Kremlə açıq mesaj verilib: Rusiya müharibəni davam etdirmək istəyirsə, ABŞ Ukraynanı daha da güclü silahlandıracaq.

//Samir Qurbanov, Editor.az