ABŞ-dan qəribə addım: Həm Yunanıstana zirehli texnika göndərdi, həm də dialoqa çağırdıbackend

ABŞ-dan qəribə addım: Həm Yunanıstana zirehli texnika göndərdi, həm də dialoqa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar bu yaxınlarda Egeydə qeyri-hərbi statusa malik olan Lesbosa 23 zirehli maşın, Samosa isə 18 zirehli maşın göndərmişdi. Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Briqada generalı Patrik Rayder, Yunanıstanın Egey adalarına göndərdiyi ABŞ mənşəli zirehli maşınlarla əlaqədar Ankaranın Vaşinqton rəhbərliyinə verdiyi etiraz notası ilə bağlı açıqlamada Türkiyə və Yunanıstanı dialoqa çağırıb, eyni zamanda, ölkəsinin Egeydə heç bir manevri olmadığını bildirib. Onun sözlərinə görə, Türkiyə və Yunanıstan NATO-nun iki mühüm tərəfdaşıdır və onlar arasındakı gərginliyi azaltmaq üçün konstruktiv dialoqun reallaşmasında ABŞ əlindən gələni edəcək.

//Safura Bənnayeva, Editor.az