ABŞ-dan Rusiyada keçirilən prezident seçkilərinə ilk reaksiyabackend

ABŞ-dan Rusiyada keçirilən prezident seçkilərinə ilk reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Rusiyada keçirilən prezident seçkilərini qeyri-demokratik hesab edir.

Editor.az əbər verir ki, bu bəyanatla Dövlət Departamentinin sədr müavini Vedant Patel çıxış edib. O qeyd edib ki, ABŞ Putini qələbə münasibətilə təbrik etməyəcək. “Bu, inanılmaz dərəcədə qeyri-demokratik proses idi” – deyən Patel müxalifətçilərin həbsini və diskvalifikasiyasını, eləcə də müxalif siyasətçi Aleksey Navalnının həbsxanada ölümünü xatırladıb.

“Çox güman ki, o (Putin), Rusiyanın prezidenti olacaq. Lakin bu, onun avtokratiyasına haqq qazandırmır”, – “The Guardian” Dövlət Departamentinin nümayəndəsindən sitat gətirir.

//Samir Qurbanov, Editor.az