ABŞ-dan Rusiyaya nüvə silahı xəbərdarlığı: Fəlakətlə nəticələnəcəkbackend

ABŞ-dan Rusiyaya nüvə silahı xəbərdarlığı: Fəlakətlə nəticələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı hər hansı nüvə silahına əl atacağı təqdirdə qəti şəkildə cavab verəcəyini bildirib və Moskvanı “dəhşətli nəticələrlə” üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan “NBC” telekanalına açıqlamasında qeyd edib. Rusiya prezidenti Vladimir Putinin səfərbərlik elan etdiyi televiziya çıxışında üstüörtülü “nüvə təhlükəsi”ni şərh edən Sallivanın fikirlərinə görə, ABŞ bunun necə nəticələnəcəyini Moskvaya özəl olaraq çatdırıb. Putinin “Ukrayna xalqını xəritədən silmək niyyətinin” davam etdiyini bildirən Sullivan, “Ona görə də o davam etdiyi müddətcə biz Ukraynaya silah, arsenal, kəşfiyyat və təklif edə biləcəyimiz hər cür dəstəyi davam etdirməliyik”,- deyə bildirib.

Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Putinin təhdidlərini qəbuledilməz hesab edir: “Ukrayna təslim olmayacaq. Bütün nüvə gücləri səslərini ucaltmalı və belə bir ritorikanın dünyanı təhlükəyə atacağını açıq şəkildə Rusiyaya bildirməlidir”.

//Safura Bənnayeva, Editor.az