Gürcüstanda bu yaxınlarda keçirilən parlament seçkilərində Rusiya ilə münasibətləri kəsmək istəməyən “Gürcü arzusu” partiyasının qələbəsi Avropa və ABŞ-ı xeyli hiddətləndirib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, Avropa ölkələri Gürcüstanda daim dəstəklənən müxalifətə baxmayaraq, gürcü xalqının seçimini qəbul etməməyə cəhd etdikdən sonra ABŞ ölkəni açıq şəkildə hədələyib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında Gürcüstan dərhal “antidemokratik” hərəkətlərdən əl çəkməyə və “Avro-Atlantik” yoluna qayıtmağa çağırılıb. Bundan əlavə, Miller legitim hökumətə məhəl qoymayıb və deyib: “Gürcüstan hökuməti kursu dəyişməsə, başqa nəticələrin də yarana biləcəyini istisna etmirik”. Qərbyönlü Gürcüstan prezidenti Salome Zurabişvili də respublika parlamentinə seçkilərin nəticələrindən narazılıqlarını bildirən etirazçıları Qərb dövlətlərinin dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

