ABŞ-dan sərt xəbərdarlıq: “Münaqişəyə daxil olacağıq”-AÇIQLAMAbackend

ABŞ-dan sərt xəbərdarlıq: “Münaqişəyə daxil olacağıq”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS- İsrail arasında baş verənlər kiçik münaqişə kontekstində təhlil edilməməlidir”.

Bunu Editor.az-a politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın İran və “Hizbullah”a İsrailə qarşı hücuma başlayacaqları halda Amerikanın hərbi müdaxiləyə hazır olacağı ilə bağlı etdiyi xəbərdarlığa münasibət bildirərkən deyib.

Fransanın qərəzli mövqeyi (Murad Özkalili, Məhəmməd Əsədullazadə) - ARB24  (Gündəm) - YouTube

Onun sözlərinə görə, HƏMAS-İsrail savaşı böyük, regional və beynəlxalq müharibədir:

“Bu müharibə başlayanda ABŞ öz hərbi təyyarə daşıyan gəmilərini, sualtı nüvə qayığını da Aralıq dənizinə göndərib. Bu o deməkdir ki, proses həm Hisbullah, həm də İran və proksi qüvvələrinin İsrailə qarşı müharibəsinin qarşısını almağa hesablanıb. Göründüyü kimi İsrail heç də güclü ölkə deyil. Onun müdafiə və mühafizə edən tərəf isə ABŞ-dır”.

Politoloqun fikrincə, ABŞ olmasa idi bu gün İsrailin bir dövlət kimi yoxolma ehtimalı var idi:

“Hisbullahın lideri Şeyx Həsən Nəsrullahın verdiyi açıqlamadan sonra İsrailə qarşı geniş münaqişəyə qoşulacaqlarını düşünmürəm. Qəzza tamamilə dağıdılır. Lokal quru əməliyyatlar həyata keçirilir. Artıq İsrail hərbiçiləri tunellərə çıxışı götürürlər. Ümumiyyətlə, ABŞ-a görə İran və Hisbullah İsrailə qarşı savaşa başlamayacaq”.

//Safura Bənnayeva, Editor.az