ABŞ-dan ŞOK PLAN: Əfqanıstandan çıxarılan ordu ora yerləşəcəkbackend

ABŞ-dan ŞOK PLAN: Əfqanıstandan çıxarılan ordu ora yerləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları (ABŞ) Əfqanıstandan çıxarılan qoşunları vaxtilə SSR tərkibində olan Mərkəzi Asiya ölkələrinin birinə yerləşdirmək istəyir.

Bu barədə “The Wall Street Journal” dərgisi məlumat yayıb.

Vurğulanıb ki, ABŞ rəhbərliyi silahlı birləşmələri xüsusilə Özbəkistan və Tacikistanda yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Nəşr qeyd edir ki, ABŞ-a Əfqanıstandan çıxardığı hərbi qulluqçular və döyüş texnikası üçün bazalar lazımdır. Belə ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxarsa da yerli hökuməti dəstəkləmək və “Taliban”ı çəkindirmək üçün yeni müdaxiləyə də hazır olmalıdır. Lakin qəzetə danışan mənbələr deyiblər ki, ABŞ qoşunlarının Mərkəzi Asiyada yerləşdirilməsini Rusiyanın orada “böyük hərbi iştirakı” və Çinin artan təsiri xeyli mürəkkəbləşdirir.

Loading...