ABŞ-dan Suriyada əməliyyat: İŞİD-in yüksək rütbəli lideri ələ keçirilibbackend

ABŞ-dan Suriyada əməliyyat: İŞİD-in yüksək rütbəli lideri ələ keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada İŞİD-ə qarşı əməliyyat həyata keçirib. Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, səhər saatlarında ölkənin şimal qərbində keçirilən əməliyyat zamanı yüksək rütbəli İŞİD lideri ələ keçirilib.

ABŞ tərəfindən verilən açıqlamada əməliyyat zamanı ABŞ ordusundan hər hansısa bir itkinin olmadığı bildirilib. Eyni zamanda həyata keçirilən əməliyyat zamanı istifadə olunan təyyarələr zərər görməyib.

Qeyd edək ki, ABŞ qüvvələri fevral ayında Suriyanın İdlib vilayətində İŞİD-in liderlərindən olan Əbu İbrahim əl-Haşimi əl-Qureyşiyə qarşı əməliyyat həyata keçirmişdilər. Helikopterlərlə bölgəyə gələn ABŞ xüsusi təyinatlıları əl-Haşimini ölü olaraq yaxalamışdılar.

//Nəzərbəy Hacıağayev, Editor.az