ABŞ-dan taxıl dəhlizi ilə bağlı AÇIQLAMA: “Dünyanın buna ehtiyacı var”backend

ABŞ-dan taxıl dəhlizi ilə bağlı AÇIQLAMA: “Dünyanın buna ehtiyacı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Qara dəniz taxıl daşınması təşəbbüsünün uzadılması ilə bağlı danışıqların kritik nöqtədə olduğunu və dünyanın bu təşəbbüsə ehtiyacı olduğunu bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukraynanın taxıl və taxıl məhsullarının Türkiyə üzərindən dünya bazarına təhlükəsiz daşınması üçün prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin təşəbbüsləri ilə Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanan Qara Dəniz Taxılları gündəlik mətbuat konfransında Gəmiçilik Təşəbbüsünün uzadılması ilə bağlı danışıqlar da müzakirə olunub.

“Danışıqlarda kritik nöqtədəyik. Təşəbbüsün uzadılması üçün bütün tərəflərin razılığı lazımdır və bunun üzərində işləyirik. Dünyanın buna ehtiyacı var. Hesab edirik ki, onun müddəti uzadılmalı və əhatə dairəsi genişləndirilməlidir”,-deyə bildirilib.

//Safura Bənnayeva, Editor.az