ABŞ-dan Türkiyəyə müstəsna hüquqbackend

ABŞ-dan Türkiyəyə müstəsna hüquq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin energetika naziri Alparslan Bayraktar “Bloomberg” agentliyinə bildirib ki, ABŞ Rusiyadan qaz tədarükünün haqqını ödəmək üçün ölkəyə “Qazprombank”a qarşı sanksiyaları istisna edib.

Onun sözlərinə görə, bu məqsədlə Amerika rəsmiləri ilə bir sıra danışıqlar aparılıb.

Qeyd edək ki, noyabrın 21-də ABŞ Maliyyə Nazirliyi “Qazprombank”ı sanksiyalar siyahısına əlavə edib. 2022-ci ildən etibarən Avropa ölkələrinə verilən qazın ödənişləri bu bank vasitəsilə həyata keçirilirdi. Dünən, dekabrın 19-da ABŞ Macarıstanı “Qazprombank”a qarşı tətbiq etdiyi sanksiyalardan azad edib. Ölkənin xarici işlər naziri Peter Sijarto bildirib ki, Macarıstan və Bolqarıstan Rusiya qazının tranzitini davam etdirmək üçün məqbul həll yolu tapıb.
Dünən prezident Vladimir Putin xarici qaz alıcılarına Qazprombank ilə işin təşkili üçün möhlət verilməsi haqqında fərman imzalayıb. Alıcılar 2025-ci il aprelin 1-dək Rusiyanın digər banklarındakı “Qazprombank” hesablarında qazı rublla ödəyə bilərlər.

//Samir Qurbanov, Editor.az