ABŞ-dan Ukraynaya 13,6 milyard dollarlıq təcili yardımbackend

ABŞ-dan Ukraynaya 13,6 milyard dollarlıq təcili yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 13,6 milyard dollarlıq təcili yardımın ayrılmasını təsdiqləyib. Bu barədə palatanın spikeri Nensi Pelosi bildirib.

Editor.az-ın “Ukrainskaya Pravda”ya istinadən yaydığı məlumata görə, qanun layihəsi Senata göndəriləcək və Senat gecə yarısına qədər öz qərarını verməlidir. Yardım Rusiya işğalına qarşı müharibədə Ukrayna Silahlı Qüvvələrə dəstək, vətəndaşlara, o cümlədən təxminən 1,5 milyonluq qaçqına humanitar yardım göstərmək üçün nəzərdə tutulub. Xatırladaq ki, bu təcili maliyyə yardımı Nümayəndələr Palatasının təsdiq etdiyi və Ukrayna üçün nəzərdə tutulan 1,5 trilyon dollarlıq qanun layihəsinin tərkibinə daxildir.

//Gülnarə Abasova, Editor.az