ABŞ-dan Ukraynaya daha 400 milyon dollarbackend

ABŞ-dan Ukraynaya daha 400 milyon dollar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya sursat, hərbi texnika və silahlar üçün daha 400 milyon dollar ayıracaq, Pentaqonun rəhbəri Lloyd Ostin ölkə prezidenti Vladimir Zelenski ilə görüşündə deyib.

Bu gün cənab Ostin Kiyevdə səfərdədir. Ostin prezident Co Baydenin dövründə ABŞ-ın Ukraynaya dəstəyini gücləndirməkdə davam etdiyini vurğulayıb. Pentaqon rəhbəri həmçinin qeyd edib ki, müttəfiqlər Ukraynanın təcili ehtiyaclarını ödəməyə çalışır və prezident Baydenin iyun ayında imzaladığı ikitərəfli təhlükəsizlik sazişində vəd edildiyi kimi, yardımı dəstəkləməyə sadiqdirlər.

Bu razılaşmanın bir hissəsi olaraq ABŞ Ukrayna ordusuna müdafiə qabiliyyətini gücləndirmək üçün məsləhətlər verməyi və təlim keçməyi planlaşdırır. Bu tədbirlər Ukraynanın Aİ və NATO üzvlüyünə doğru irəliləməsi üçün zəruri islahatların həyata keçirilməsinə kömək etməlidir. ABŞ həmçinin Ukraynanın hərbi sənaye kompleksinin birgə istehsal vasitəsilə inkişafına diqqət yetirəcək.

//Samir Qurbanov, Editor.az