ABŞ-dan Ukraynaya daha bir “Patriot”: Co Bayden razılıq verdibackend

ABŞ-dan Ukraynaya daha bir “Patriot”: Co Bayden razılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ukraynada daha bir “Patriot” raket sisteminin yerləşdirilməsinə razılıq verib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” iyunun 12-də Amerika administrasiyasının və hərbçilərinin yüksək rütbəli nümayəndələrinə istinadən yazıb. Rəsmilərin dediyinə görə, Baydenin qərarı keçən həftə bir sıra yüksək səviyyəli görüşlər və Ukraynanın gücləndirilmiş hava hücumundan müdafiə ehtiyacının ABŞ-ın döyüş hazırlığını təhlükəyə atmadan necə qarşılanmasına dair daxili müzakirələrdən sonra qəbul edilib.

ABŞ-ın Ukraynaya göndərdiyi ikinci sistem olacaq yeni “Patriot” sistemi Polşadan gətiriləcək. Mənbələrin bildirdiyinə görə, system orada Amerika Birləşmiş Ştatlarına qayıdacaq Amerika qoşunlarının rotasiya qüvvələrini qoruyur. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sistem tələb olunan texniki xidmət və ya modifikasiyalardan asılı olaraq yaxın bir neçə gün ərzində Ukraynanın cəbhə xəttində yerləşdirilə bilər. ABŞ administrasiyasının rəsmiləri ümid edirlər ki, ABŞ-ın başqa “Patriot” sisteminin yerləşdirilməsi müttəfiqləri də eyni şeyi etməyə təşviq edəcək.

//Samir Qurbanov, Editor.az