ABŞ-dan Ukraynaya dəstək: “Gələn aylar kritik olacaq “backend

ABŞ-dan Ukraynaya dəstək: “Gələn aylar kritik olacaq “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ötən həftənin sonunda qəbul edilmiş ABŞ-ın müvəqqəti büdcəsində Ukraynaya yardım üçün maliyyə vəsaitinin olmaması önümüzdəki ayların rəsmi Kiyev üçün kritik keçəcəyini göstərir”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Politico” nəşri məlumat verib.

Demokratlar və Respublikaçılar xərclərin hara yönəldilməsi ilə bağlı razılığa gələ bilmədikdən sonra Birləşmiş Ştatlar 45 günlük müvəqqəti büdcə qəbul edib. Xüsusilə Ukrayna bu mübahisənin qurbanına çevrilib, çünki müvəqqəti büdcədə Kiyevə heç bir yardım nəzərdə tutulmayıb.

“Növbəti üç ay vəziyyəti dəyişmək üçün çox vacibdir. Ukraynayönlü respublikaçılar Ukraynaya lazım olan silahları təmin etməyin ən yaxşı yolunu və hər bir yeni yardım paketi ilə bağlı Senatda yaranacaq mübahisələrin qarşısını almaq üçün tam ABŞ büdcəsini qəbul etməyin lazım olduğunu düşünürlər”, -deyə nəşr qeyd edib.

//Safura Bənnayeva, Editor.az