ABŞ-dan Ukraynaya növbəti yardım paketibackend

ABŞ-dan Ukraynaya növbəti yardım paketi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden avqustun 23-də Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını bildirib.

Baydenin Ukraynanın Müstəqillik Günü ərəfəsində bəyanatı Ağ Evin saytında dərc olunub. “Mən bu gün prezident Zelenski ilə Amerikanın Ukrayna xalqına sarsılmaz dəstəyini ifadə etmək üçün danışdım. Onlar iki il yarım ərzində Rusiyanın qəddar hücumu ilə mübarizə aparıblar, o cümlədən ilk günlərdə Rusiya qüvvələri tərəfindən ələ keçirilən ərazilərin yarıdan çoxunu geri alıblar. Onlar Rusiyanın dəhşətli hərbi cinayətləri və vəhşilikləri qarşısında məğlub olmayıblar və gündən-günə həm ölkələrimizi, həm də bütün dünyanı birləşdirən dəyərləri müdafiə ediblər.

Buna görə də mən fəxr edirəm ki, biz bu gün Ukraynaya yeni hərbi yardım paketini elan edəcəyik” – ABŞ prezidenti deyib. Baydenin sözlərinə görə, bu paketə Ukraynanın kritik infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə raketləri; pilotsuz uçuş aparatları və tank əleyhinə raketlər; sursat; mobil raket sistemləri daxildir. “Bu gün biz həmçinin Rusiyanın təcavüzünə görə cavabdehlik daşımaq üzrə davam edən öhdəliyimiz çərçivəsində Rusiyanın qeyri-qanuni müharibəsinə şərait yaradan 400-ə yaxın hüquqi şəxs və şəxsə qarşı yeni sanksiyalar tətbiq edirik”, – ABŞ prezidenti bildirib. Baydenin qeyd etdiyi kimi, Rusiyanın “mənasız müharibəsi” başlayanda Ukrayna azad ölkə idi və “Ukrayna azad, suveren və müstəqil ölkə olaraq qalanda müharibə bitəcək”.

“Rusiya bu münaqişədə qalib gəlməyəcək, Ukraynanın müstəqil xalqı qalib gələcək və ABŞ, müttəfiqlərimiz və tərəfdaşlarımız hər addımda onları dəstəkləyəcəklər”, – deyə ABŞ prezidenti yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az