ABŞ-dan UKRAYNAYA SİLAH DAŞIYAN 45 TƏYYARƏ GƏLDİ! – Hansı silahlar göndərilib?backend

ABŞ-dan UKRAYNAYA SİLAH DAŞIYAN 45 TƏYYARƏ GƏLDİ! – Hansı silahlar göndərilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-dan Ukraynaya Amerika istehsalı silahlar daşıyan 45 təyyarə gəlib. Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

ABŞ-dan 200 milyon dollar məbləğində əlavə maddi-texniki yardımın tədarükü 45 təyyarə ilə həyata keçirilib”, – nazirlikdən bildirilib.

Məlumata görə, hərbi yardıma müdafiə vasitələri daxildir: döyüş sursatı, hücum sistemlərinə qarşı silahlar, tank əleyhinə sistemlər və atıcı silahlar.

Ukrayna Müdafiə Nazirliyi, Polşa və Baltikyanı ölkələrin də 2022-ci ildə Ukraynaya maddi-texniki yardım göstərmək barədə qərar qəbul etdiklərini xatırladıb.