ABŞ-dan Ukraynaya silah tədarükü üçün konkret tarixlər məlumdur – Zelenskibackend

ABŞ-dan Ukraynaya silah tədarükü üçün konkret tarixlər məlumdur – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın daha əvvəl Pentaqon tərəfindən müvəqqəti dayandırılmış hərbi yardım paketlərindən silahların Ukraynaya göndərilməsi üçün artıq konkret tarixlərin məlum olduğunu açıqlayıb.

UNIAN-ın məlumatına görə, dövlət başçısı bu barədə Romada keçirdiyi mətbuat konfransında danışıb. Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampla “çox konstruktiv və müsbət” danışıqlardan sonra yardımın bərpası ilə bağlı bütün zəruri siyasi siqnallar alınıb.

“İndi komandalar səviyyəsində çalışırıq ki, bütün silahlar vaxtında Ukraynaya daxil olsun. Bütün bunlar barədə razılığa gəlmişik”, – deyə Zelenski bildirib.

Prezidentdən həmçinin Amerikanın hazırkı yardımı ilə bağlı vəziyyətin necə olduğu da soruşulub. Zelenski cavabında qeyd edib ki, bu istiqamətdə işlər bütün səviyyələrdə davam edir.

//Samir Qurbanov, Editor.az