ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Ukrayna ordusunun Rusiyanın qərbindəki hava bazasını vurmasını şərh edib.
Editor.az xəbər verir ki, Prays gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualı cavabladırarkən ABŞ və dünyanın Ukraynaya yalnız öz ərazisini və suverenliyini qorumaq üçün silah verdiyini bildirib: “Ukraynaya Rusiya torpaqlarında istifadə etmək üçün silah verməmişik. Bunların müdafiə silahları olduğunu açıq şəkildə bildirmişik. Prezident də bunu əvvəllər bəyan etmişdi”.
Dövlət Departamentinin sözçüsü ABŞ-ın Ukraynanın sərhədlərindən kənarda hücumlar təşkil etməsini dəstəkləmədiyini vurğulayıb.
//Samir Qurbanov, Editor.az

