ABŞ-də bu gün baş tutan prezident seçkisində Respublikaçılar Partiyasından olan namizəd Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Kamala Harrisi qabaqlayır.
Oxu.Az-ın “Associated Press”ə istinadən xəbər verir ki, ən son hesablamalara görə, Donald Tramp 277 səs, Kamala Harris isə 224 səs toplayıb.
Xatırladaq ki, qələbə qazanmaq üçün 270 seçici səsini toplamaq lazımdır.