ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator senatdan qovula bilər?backend

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator senatdan qovula bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də demokrat senatorlar ermənipərəst senator Bob Menendesin korrupsiya işində təqsirli bilinəcəyi təqdirdə onun senatdan qovulmasına hazır olduqlarını bildiriblər.

Nümayəndələr Palatasının və Senatın liderləri isə ittiham olunan həmkarlarının yanından ehtiyatla keçirlər.

Bu barədə məşhur CNN nəşrində yazı dərc olunub.

Yazıda bildirildiyinə görə, əgər Menendes qovulma təhlükəsi ilə üzləşsə, o, indiyə qədər qovulmuş 16-cı və 1862-ci ildən bəri ilk senator olacaq. Əvvəllər qovulmuş senatorlardan 14-ü Konfederasiyanı dəstəklədikləri üçün 1861-1862-ci illərdə vəzifələrindən kənarlaşdırılıblar.

Təqsirli bilinəcəyi təqdirdə, Menendesin qovulmasını dəstəkləyib-dəstəkləməyəcəkləri ilə bağlı suala bəzi senatorlar şərh verməkdən imtina etdikləri və ehtiyatla cavablandırdıqları halda, bəziləri öz mövqelərini açıq və sərt şəkildə ortaya qoyublar.

Belə ki, Montana ştatından demokrat, senator Con Tester məhkəmənin gedişatını izləmək istədiyini bildirib, lakin etiraf edib ki, ittiham hökmünün çıxarılması onu Menendesə qarşı münasibətini dəyişməyə məcbur edəcək.

Kolorado ştatından olan demokrat, senator Maykl Bennet əlavə edib ki, Bob Menendes təqsirli bilinərsə, kənarlaşdırılmalıdır.

“Mən bu barədə düşünməmişəm və buna bir saniyə belə sərf etməmişəm, amma düşünürəm ki, o, təqsirli bilinərsə, belə də olmalıdır”, – deyə o bildirib.

“Dinləyin, düşünürəm ki, o, çoxdan istefa verməli idi. Onun burada yeri yoxdur”, – deyə Massaçusets ştatından olan senator, demokrat Elizabet Uorren qeyd edib.

Xatırladaq ki, ABŞ-də Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendes illər ərzində müxtəlif maddələr üzrə rüşvətdə ittiham olunur və əgər bütün maddələr üzrə ittiham irəli sürülərsə, onu 45 ilə qədər həbs gözləyir.