Ağ Ev dekabrdan bəri Ukrayna ilə müharibədə 20 mindən çox rus əsgərinin həlak olduğunu bildirib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi qeyd edib.
“Əldə etdiyimiz kəşfiyyat məlumatlarına əsasən, rusların dekabr ayından bəri 100 min itki verdiyini təxmin edirik. O, bunun 80 mini yaralanıb, 20 mini həyatını itirib”,-deyə o bildirib.
Bir aydır Rusiyanın Donbas bölgəsinə hücum cəhdinin “böyük ölçüdə uğursuzluqla nəticələndiyini” ifadə edən Kirbi, Rusiyanın itkiləri ilə bağlı məlumatların ABŞ kəşfiyyatına aid olduğunu bildirsə də Ukrayna tərəfinin itkilərindən bəhs etməyib. O bildirib ki, Ukraynanın müdafiəsi hələ də effektivdir və Rusiyanı marjinal qazanclara böyük vəsait xərcləməyə məcbur edib.
//Safura Bənnayeva, Editor.az