ABŞ Konqresinin üzvləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın ona qarşı sui-qəsd cəhdindən sonra yenidən prezident seçilə biləcəyi faktını qəbul ediblər.
Editor.az bu barədə “Axios”a istinadla xəbər verir. “Biz hamımız Trampın ikinci prezidentliyini qəbul etdik”,- deyə onlar vurğulayıb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden sentyabrda sələfi və rəqibi Trampla debatların yeni mərhələsinə hazır olduğunu bildirmişdi. Tramp və Bayden arasında son debat ABŞ-ın hazırkı prezidenti üçün uğursuzluqla başa çatıb. O, daha sonra debat zamanı bildirib ki, Avropaya iki işgüzar səfərindən sonra kəskin soyuqdəyməyə tutulub və yorğun olub. Bir müddət sonra amerikalı lider etiraf edib ki, onun debatdakı çıxışı tədbirə zəif hazırlıq gördüyünə görə heç də yaxşı olmayıb.
//Gülnarə Abasova, Editor.az

