ABŞ-dən vətəndaşlarına çağırış: “Səudiyyə Ərəbistanını tərk edin”backend

ABŞ-dən vətəndaşlarına çağırış: “Səudiyyə Ərəbistanını tərk edin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Ər-Riyaddakı səfirliyi vətəndaşlarını Səudiyyə Ərəbistanını dərhal tərk etməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə diplomatik missiyanın “X” hesabında paylaşım edilib.

“Biz vətəndaşlarımızı kommersiya uçuşları ilə Səudiyyə Ərəbistanını tərk etməyə çağırırıq. Səudiyyə Ərəbistanının hava məkanı açıq olaraq qalır, lakin raket və pilotsuz təyyarə hücumlarının davam edən təhlükəsi səbəbindən tez-tez məhdudiyyətlər tətbiq olunur”, – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.