ABŞ: “Diplomatiya İranın nüvə proqramı ilə bağlı son variantımız deyil”backend

ABŞ: “Diplomatiya İranın nüvə proqramı ilə bağlı son variantımız deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Yoav Qalant ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə keçirdiyi birgə mətbuat konfransında İranın nüvə proqramı ilə bağlı “hər hansı bir hərəkətə hazır olmalıyıq” açıqlamaları diqqəti ABŞ-ın paytaxtı Vaşinqtona yönəldib.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıqlamasında qeyd edib ki, diplomatiya İranın nüvə proqramını dayandırmaq üçün əsas üsuldur, lakin Tehran istəksizdirsə, bu, onların son variantı deyil.

“Biz hesab edirik ki, bu öhdəliyi yerinə yetirməyin ən effektiv yolu diplomatiyadır. İranın nüvə proqramından irəli gələn problemlərin daimi və yoxlanıla bilən həlli yalnız diplomatiya yolu ilə mümkün ola bilər. Diplomatiya hər zaman birinci seçimimiz olacaq, amma qarşımızda istəksiz bir tərəf varsa, diplomatiya son seçimimiz olmayacaq”.

//Safura Bənnayeva, Editor.az