ABŞ donuz qaraciyərinin insanlara ilk transplantasiyasını təsdiqləyibbackend

ABŞ donuz qaraciyərinin insanlara ilk transplantasiyasını təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ donuz qaraciyərinin insanlara ilk transplantasiyasını təsdiqləyib.

Editor.az bu barədə “Nature” -ə istinadla xəbər verir.

Qeyd olunub ki, layihədə 10-70 yaş arası 4 nəfər iştirak edəcək. Prosedurun bir hissəsi olaraq, onlar 72 saat ərzində xarici donuz qaraciyərinə qoşulacaqlar. Orqan qandan toksinləri süzmək üçün istifadə olunacaq.

Komanda 69 genetik modifikasiyaya malik donuz orqanlarından istifadə etməyi planlaşdırır. İlkin buraxılış uğurlu olarsa, proqram 20 iştirakçıya qədər genişləndiriləcək.

Təcrübə uğurlu olarsa, bu, tibbdə yenilik ola bilər. Bu gün kəskin qaraciyər çatışmazlığında ölüm nisbəti 50%-ə çatır. Təkcə ABŞ-da hər il 1500 insan orqan transplantasiyası üçün uyğun olana qədər ölür.

Qeyd edək ki, son iki ildə ABŞ və Çində altı pasiyent genetik cəhətdən dəyişdirilmiş ürək və böyrəklər alıb.

//Gülnarə Abasova, Editor.az