ABŞ “planlı yerləşdirmə” çərçivəsində Böyük Britaniyaya dörd “B-52” strateji bombardmançı təyyarəsini yerləşdirib.
Editor.az bildirir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib. O, yerləşdirmənin bu həftə baş verdiyinə aydınlıq gətirib: “ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd “B-52 Stratofortresses” bu həftə ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasına bombardmançı işçi qrupunun planlı yerləşdirilməsinə başladı” -Pentaqonun sözçüsü brifinq zamanı bildirib. Rayderin sözlərinə görə, amerikalı pilotlar Vaşinqtonun NATO müttəfiqləri və regional tərəfdaşları ilə birgə təlim keçəcəklər.
Onlarla operativ qarşılıqlı fəaliyyətin həyata keçirilməsi də planlaşdırılır.
//Samir Qurbanov, Editor.az

