ABŞ Dövlət Departamenti, ölkədəki ABŞ və diplomatik obyektlərinə yönələ biləcək raket və dronların davam edən təhdidləri səbəbindən Amerika vətəndaşlarını Səudiyyə Ərəbistanını tərk etməyə çağırıb.
Bu barədə ABŞ səfirliyi və konsulluğunun bəyanatında bildirilir.Diplomatik missiya qeyd edib ki, Səudiyyə Ərəbistanının hava məkanı açıq qalır, lakin davam edən təhdidlər səbəbindən məhdudiyyətlər mümkündür. Bəyanatda deyilir: “ABŞ vətəndaşlarını kommersiya reysləri ilə Səudiyyə Ərəbistanını tərk etməyə çağırırıq. Ər-Riyad, Ciddə və Dammamdakı hava limanları açıq və fəaliyyətdədir, lakin səyahətçilərə mümkün gecikmələr və ləğvlər səbəbindən uçuşlarının vəziyyətini birbaşa aviaşirkətləri ilə yoxlamaları tövsiyə olunur”.
Səfirlik ABŞ hökumət işçilərinə “təcriddə qalmağı” əmr edib. Bəyanata görə, bəzi vacib olmayan personal 8 martda ABŞ və diplomatik obyektlərə hücum riski səbəbindən təxliyə edilib. Vətəndaşlara həmçinin otellər də daxil olmaqla, izdihamlı yerlərdə təhlükə barədə xəbərdarlıq edilir. Amerikalılara yerli hökumətin açıqlamalarını izləmək, etirazlardan çəkinmək, ailə ilə əlaqə saxlamaq və sürətlə dəyişən şəraitə hazır olmaq tövsiyə olunur.
ABŞ səfirliyi və konsulluqları adi konsulluq xidmətlərini müvəqqəti olaraq dayandırıb və ABŞ-ın Səudiyyə Ərəbistanındakı nümayəndəliyi 19-24 mart tarixlərində Ramazan bayramı (Müsəlmanların Milli Bayramı) münasibətilə bağlı olacaq.
//Samir Qurbanov, Editor.az

