ABŞ Dövlət Departamenti: “Fikir ayrılıqlarına baxmayaraq Türkiyə NATO-nun dəyərli müttəfiqidir”backend

ABŞ Dövlət Departamenti: “Fikir ayrılıqlarına baxmayaraq Türkiyə NATO-nun dəyərli müttəfiqidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu mövzuda fikir ayrılıqlarımız olsa da Türkiyə dəyərli NATO müttəfiqidir”.

Editor.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller prezident Rəcəb Tayyib Ərdoğanın HƏMAS-ın terror təşkilatı olmadığına dair açıqlamalarından sonra Türkiyənin NATO-dan çıxarılması çağırışları ilə bağlı fikirlərə belə münasibət bildirib.

Müttəfiqliyi gücləndirmək üçün Ankara ilə işləməyə davam edəcəklərini deyən Miller, İsveçin NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinə göndərildiyini də xatırladıb. Bu gücləndirmə səylərinin İsveçin NATO-ya üzvlüyünün sürətlə həyata keçirilməsini də əhatə etdiyini vurğulayıb. Sözügedən mübahisənin Türkiyə rəhbərliyi ilə yaşadıqları ilk fikir ayrılığı olmadığını vurğulayan Miller, Türkiyəni hələ də məhsuldar və konstruktiv NATO müttəfiqi olaraq gördüklərinə diqqət çəkib.

Qeyd edək ki, ötən həftə Florida ştatından respublikaçı senator Rik Skott prezident Ərdoğanın HƏMAS-ın “terror təşkilatı olmadığını” bəyan etməsindən sonra NATO-nu Türkiyənin üzvlüyünü ciddi şəkildə nəzərdən keçirməyə çağırıb.

//Gülnarə Abasova, Editor.az