ABŞ Dövlət Departamenti: “Omanda baş tutacaq ABŞ-İran danışıqları sadəcə bir görüşdür”backend

ABŞ Dövlət Departamenti: “Omanda baş tutacaq ABŞ-İran danışıqları sadəcə bir görüşdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ və İran nümayəndələrinin Omandakı təmasları danışıqlar deyil, “sadəcə görüş” olacaq”.

Editor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce verdiyi açıqlamada deyib.

“Şənbə günü keçirilən bu görüş sadəcə bir görüşdür. Bu, danışıqlar deyil. Bu, həqiqətən də onların nəyə hazır olduqlarını öyrənmək, harada olduğumuzu bildiklərinə əmin olmaq və oradan irəliləmək üçün bir hərəkətdir”, – Bruce deyib.

Bruce həmçinin ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların mümkünlüyünə icazə vermə qərarını şərh edib və bildirib ki, prezident nə istədiyini bilir və ona uyğun hərəkət edir. O, Trampın Tehrana maksimum təzyiq göstərməkdə davam etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Tramp daha əvvəl İranla danışıqların davam etdiyini açıqlayıb və şənbə günü “zirvəyə yaxın” görüşün keçiriləcəyini əlavə edib.

//Gülnarə Abasova, Editor.az