ABŞ Dövlət Departamenti: “Şərq-Qərb marşrutu üzrə Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırırıq”backend

ABŞ Dövlət Departamenti: “Şərq-Qərb marşrutu üzrə Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Şərq-Qərb marşrutu üzrə ticarəti gücləndirmək üçün Azərbaycanla əməkdaşlıq etməyi planlaşdırır”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Qərb bazarlarını Mərkəzi Asiya ölkələri ilə əlaqələndirərək bu ölkələrin qlobal bazarlara çıxışını təmin edəcək potensiala sahib olan şərq-qərb ticarət yolunun mühüm hissəsidir.

Dövlət Departamentindən bildirilib ki, ABŞ Azərbaycanda prioritetlərini irəlilətməyə sadiqdir və bu prioritet sahələr arasında iqtisadi artım da yer alır:

“Azərbaycan bu illər ərzində Avropada və regionda enerji təchizatının diferensiallaşmasında və təhlükəsizliyində mühüm rol oynayır. ABŞ və Azərbaycan dekarbonizasiya səylərini davam etdirdiyinə görə, bərpaolunan enerji və təmiz enerji üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi əməkdaşlıq üçün əlavə imkandır”.