ABŞ Dövlət Departamenti Tayvana “F-16” sursatlarının potensial satışını təsdiqləyib- Çindən tezliklə cavab gələcəkbackend

ABŞ Dövlət Departamenti Tayvana “F-16” sursatlarının potensial satışını təsdiqləyib- Çindən tezliklə cavab gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti təxminən 619 milyon dollar dəyərində “F-16” döyüş təyyarələri və digər avadanlıqların Tayvana potensial satışını təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi açıqlama yayıb.

Bu xəbərdən sonra bəzi KİV-lər bu qərarla ABŞ-ın Tayvanın silahlı qüvvələrini modernləşdirmək və müdafiə qabiliyyətini artırmaq səylərini dəstəkləməyi planlaşdırdığından yazıb.

Qeyd edek ki, Fevralın 23-də Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə üzrə komissiyasının üzvü Aleksey Puşkov bildirmişdi ki, Çin Tayvana silah tədarükünə cavab olaraq ABŞ-ı sanksiyalarla hədələyə bilər.

//Gülnarə Abasova, Editor.az