ABŞ Dövlət Departamenti Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmirbackend

ABŞ Dövlət Departamenti Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrə qarşı çıxmaqda davam edir.

Editor.az bildirir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə deyib. Ona dövlət katibi Entoni Blinkenin Kiyevin hərbi əməliyyatların necə aparılacağına özü qərar verməli olduğunu deməsindən sonra ABŞ-ın bu məsələyə münasibətini dəyişib-dəyişmədiyini soruşublar.

Dövlət Departamentinin sözçüsü cavab verib: “Biz Rusiya ərazisinə zərbələri təşviq etmirik və ya dəstəkləmirik, lakin biz dəfələrlə demişik ki, Ukrayna öz hərbi zərbələri və əməliyyatları ilə bağlı son nəticədə öz qərarını verir”.

Qeyd edək Ki, bu həftə Blinken Ukraynaya səfər edib və ona yeni silah tədarüklərini bildirib. Xüsusilə, Vaşinqton və Kiyev Xarkovda “Patriot” sistemlərinin yerləşdirilməsini müzakirə ediblər. Mayın 12-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna qoşunlarının Xarkov vilayətindəki bölmələrinin “çətin vəziyyətdə” olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az