ABŞ Dövlət Departamentinin sözçüsü Təmmi Brüsin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılması üzrə danışıqları bilərəkdən uzatmağa çalışır. Lakin ABŞ-ın yeni iqtisadi sanksiyalar tətbiq etmə ehtimalı Kreml rəhbərinin planlarına təsir edib.
Təmmi Brüs bu fikirləri NewsNation telekanalına müsahibəsində səsləndirib.
“Bəzən prosesin uzadılması və digər oyunçuların cəlb olunması üçün məqsədli cəhdlər müşahidə olunur. Putin üçün bu, vaxt qazanmaq və vəziyyəti öz xeyrinə dəyişmək cəhdi ola bilər. Burada söhbət təkcə müharibədən yox, həm də iqtisadiyyatdan gedir”, – deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Brüs qeyd edib ki, iqtisadi təzyiqlər Rusiyanın təcavüzkar siyasətinə qarşı təsirli vasitələrdən biridir və Vaşinqton bu təhdidlərdən istifadə etməklə Kremlin strategiyasına təsir göstərməyə çalışır.
//Samir Qurbanov, Editor.az

