ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono bu həftə işgüzar səfərlə Cənubi Qafqaza gələcək.
Editor.az ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata istinadən bildirir ki, Bono səfər çərçivəsində Vaşinqtonun Ermənistan-Azərbaycan nizamlanmasına dəstəyini ifadə etməyi planlaşdırır.
Regionda sülhə nail olmağın yolları da müzakirə olunacaq. Bundan əvvəl Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Bakı ilə İrəvan arasında sülh sazişi əldə etmək olar.
Onun sözlərinə görə, ABŞ razılığa gəlmək üçün hər iki tərəflə danışıqları davam etdirəcək.
//Samir Qurbanov,Editor.az

