ABŞ Dövlət Departamentinin əməkdaşı Silviya Yakub prezident Co Baydenin Yaxın Şərqdəki vəziyyətlə bağlı hərəkətlərini tənqid edib.
Editor.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb. Yakub xanım Baydeni soyqırımda iştirakda ittiham edib. Dövlət Departamentinin əməkdaşının qeydində deyilir: “Siz günahsız Qəzzalılara qarşı fərq qoymadan hücum edən hökumətə əhəmiyyətli dərəcədə daha çox hərbi yardım edirsiniz… Siz soyqırımın ortağısınız, prezident”.
Daha sonra o, vitse-prezident Kamala Harrisi “reallıqla əlaqədən kənarda olmaqda” ittiham edib. “Axios” nəşrinin qeyd etdiyi kimi, Amerika diplomatları xüsusi daxili bəyanatlar vasitəsilə dövlətin siyasəti ilə razılaşmadıqlarını ifadə edə bilərlər. Xanım Yaqub İsrail-Fələstin münaqişəsi ilə bağlı bəyanatı üçün imza toplamaq üçün məktub da göndərib.
Ağ Ev rəsmi olaraq Qəzza zolağında atəşkəsə qarşıdır və əvəzində humanitar yardımın çatdırılması üçün “fasilə” təklif edir. Birləşmiş Ştatlar iki dəfə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və BMT Baş Assambleyasının atəşkəs tələb edən qətnamələrinə qarşı çıxıb.
//Samir Qurbanov, Editor.az

