ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşından qalmaqallı sözlərbackend

ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşından qalmaqallı sözlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmiş Xarici Əlaqələr əməkdaşı Seldovitzin Nyu-Yorkda küçə satıcısına sataşması sosial mediada gündəm olub.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, “X” sosial media platformasında paylaşılan videoda Seldovitzin küçədə yemək satan şəxsə “sən terrorçusan” sözləri ilə sataşdığı görülüb.

Seldovitz “Bilirsənmi? 4 min fələstinli uşağı öldürdük, bu kifayət etmədi”,- sözlərini deyib.

Başqa bir istifadəçi tərəfindən paylaşılan fərqli videoda onun Qurani-Kərimə qarşı təxribat xarakterli, hətta təhqiredici ifadələr işlətdiyi görülüb.

Seldovitzin Gotham Hökumət Əlaqələri adlı bir təşkilatda çalışdığı ortaya çıxandan sonra sözügedən təşkilat “X” hesabından açıqlama verərək Seldovitzlə bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Sosial şəbəkələrdəki yazılarda Seldovitzin 1999-2003-cü illərdə ABŞ Dövlət Departamentinin İsrail və Fələstin İşləri İdarəsində direktor müavini və yüksək səviyyəli siyasi məmur vəzifələrində çalışdığı vurğulanıb.

//Səbinə Hüseynli, Editor.az