ABŞ dövlət katibi Entoni Blinken İsraillə HƏMAS-ı barışdırmaq üçün Təl-Əvivə getdibackend

ABŞ dövlət katibi Entoni Blinken İsraillə HƏMAS-ı barışdırmaq üçün Təl-Əvivə getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinkenin təyyarəsi bu gün Təl-Əvivin Ben Qurion hava limanına enib.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb. Blinkenin İsrailə səfəri onun geniş Yaxın Şərq turu çərçivəsində baş verir. O, səfər zamanı İsrail və Fələstin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və əsas müzakirə mövzusu regiondakı vəziyyət olacaq.

Antoni Blinken bu gün İsrailin yüksək rütbəli hökumət rəsmiləri ilə görüşərək. Mövzu Amerika vətəndaşları da daxil olmaqla, HƏMAS girovlarının azad edilməsi ilə bağlı danışıqlara kömək etmək olacaq.

Digər müzakirə mövzusu Fələstin yaraqlılarından ərazinin təmizlənməsi üçün mümkün genişmiqyaslı əməliyyatdan əvvəl Qəzza zolağında mülki əhalinin çıxması üçün humanitar dəhlizin təşkili olacaq. Blinkenin sabah, oktyabrın 13-də Fələstin prezidenti Mahmud Abbasla görüşü planlaşdırılır.

//Samir Qurbanov, Editor.az