ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya rəsmi səfərə gəlibbackend

ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya rəsmi səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtına rəsmi səfərə gəlib.

Editor.az bildirir ki, bu barədə Ukrayna mənbələri məlumat verib. Sentyabrın 6-da səhər saatlarında Blinkenin artıq Kiyevdə olduğu məlum olub.

Bir gün əvvəl səfərinin mümkünlüyü ilə bağlı mediadan qeyri-rəsmi məlumat yayılmışdı. Blinkenin səfəri ərəfəsində Ukrayna şəhərləri, o cümlədən Kiyev növbəti hava hücumuna məruz qalıb.

Hava hücumu yalnız Blinkenin gəlişinə bir neçə saat qalmış başa çatıb.

//Samir Qurbanov, Editor.az