ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçi Yuri Kimin Ermənistana səfəri başlayıb.
Editor.az xəbər verir ki, bu barədə Amerikanın Respublikadakı səfirliyindən məlumat verilib.
Bundan əvvəl isə USAID-in rəhbəri Samanta Pauer İrəvana gəlib. “Birləşmiş Ştatlar regionda ləyaqətli və davamlı sülhün bərqərar olması üçün Ermənistanın səylərinə kömək etməkdə davam edir” – ABŞ səfirliyindən bildiriblər.
//Samir Qurbanov, Editor.az

